“Qızıl dubl”

Futbol üzrə Braziliya kubokunun qalibi məlum olub.

Komanda.az xəbər verir ki, kubokun finalının cavab oyununda “Atletiko Mineyro” “Atletiko Paranaense”ni 2:1 hesabıyla məğlub edərək, çempion olub. Tərəflər arasındakı ilk matçda da “Atletiko Mineyro” qələbə qazanmışdı – 4:0.

“Atletiko Mineyro” bu mövsüm Braziliya A Seriyasında da çempion olaraq, “qızıl dubl”a imza atıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button