Milli komandada yeni baş məşqçi

Futbol üzrə Bosniya və Herseqovina milli komandasının yeni baş məşqçisi məlum olub.

Komanda.az xəbər verir ki, yığmanın “sükan”ı Duşan Bayeviçə tapşırılıb. Bu barədə Bosniya və Herseqovina Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb. Bayeviçin təqdimatı yanvarda keçiriləcək.

Bayeviç son olaraq Yunanıstanın AEK klubunda çalışıb. 71 yaşlı mütəxəssis “Atromitos”, PAOK, AEK kimi klublarda da baş məşqçi kimi işləyib.

Bosniya və Herseoqvina millisində bir müddət əvvəl Robert Prosineçki baş məşqçi postundan ayrılmışdı. Xorvatiyalı mütəxəssisin adı Azərbaycan yığmasıyla hallanır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button