Bolqarıstan millisi ona tapşırılır
Futbol üzrə Bolqarıstan milli komandasının yeni baş məşqçisi məlum olub.
Komanda.az xəbər verir ki, yığmanın “sükan”ı Georgi Dermençievə tapşırılacaq. Bu barədə Bolqarıstan Futbol Birliyinin vitse-prezidenti Yordan Leçkov məlumat yayıb. O, Georgi ilə danışıqların soh mərhələsində olduqlarını və yaxın zamanda təyinatı rəsmən açıqlayacaqlarını bildirib.
Dermençiev son olaraq “Levski” (Sofiya) klubunu çalışdırıb. 64 yaşlı mütəxəssis hazırda işsizdir.
Bolqarıstan millisinin əvvəlki baş məşqçisi Krasimir Balakov AÇ-2020-nin seçmə mərhələsinin İngiltərə ilə oyununda (0:6) baş verən olaylarla bağlı istefa vermişdi. Sözügedən qarşılaşmada bolqar azarkeşlər ingilis oyunçulara qarşı irqçilik etmişdi. Bu səbəbdən, Bolqarıstan hökuməti yerli futbol birliyinin prezidentini istefaya göndərmiş, daha sonra isə yığmanın baş məşqçisi vəzifəsindən ayrılmışdı.
Bizi Facebook-da izləyin