AÇ-2020: Belçika millisinin heyətində dəyişiklik

Futbol üzrə Belçika milli komandasının heyətində dəyişiklik edilib.

Komanda.az xəbər verir ki, yığmanın qapıçısı Simon Minyole zədə səbəbindən düşərgəni tərk edib. Bu barədə millinin mətbuat xidməti məlumat yayıb. Minyolenin əvəzinə yığmaya “Blekbern”dən qapıçı Tomas Kaminski çağırılıb.

Belçika millisi AÇ-2020-nin 1/4 final mərhələsində İtaliya ilə qarşılaşacaq. Oyun iyulun 2-də keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button