AÇ-2020: Belçika yığmasında ciddi itki

Futbol üzrə Belçika milli komandasının futbolçusu Kevin de Bruyne zədələnib.

Komanda.az xəbər verir ki, yığmanın yarımmüdafiəçisi AÇ-2020-nin 1/8 final mərhələsinin Portuqaliya ilə matçında zədələnib. De Bruyne zədə səbəbilə meydanı tərk edib. Yarımmüdafiəçi qarşılaşmanın 48-ci dəqiqəsində Dris Mertenslə əvəzlənib.

Kevinin son durumu tibbi müayinədən sonra bilinəcək.

Belçika Portuqaliyanı 1:0 hesabıyla məğlub edərək 1/4 finala yüksəlib. Komanda bu mərhələdə İtaliya seçməsi ilə qarşılaşacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button