Emil Balayev yenə ən yaxşılar arasında

Futbol üzrə Azərbaycan millisinin qapıçısı Emil Balayev Qazaxıstanda növbəti dəfə fərqlənib.

Komanda.az xəbər verir ki, azərbaycanlı futbolçu Qazaxıstan çempionatının 27-ci turu çərçivəsində keçirilmiş “Şaxtyor”la matçda (1:0) “Tobol”un 3 ən yaxşı oyunçusundan biri olub. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Emil “Şaxtyor”la görüşün start heyətində meydana çıxıb və sonadək mübarizə aparıb. Balayev bu görüşdə qapısına gələn 4 zərbəni dəf edib və bir dəfə komandasını real qoldan xilas edib.

“Tobol”un heyətində ən yaxşı oyunçu isə müdafiəçi Fernander Kassay seçilib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button