Azərbaycan millisinin üzvü ən yaxşılar arasında
Futbol üzrə Azərbaycan millisinin qapıçısı Emil Balayev Qazaxıstanda növbəti dəfə fərqlənib.
Komanda.az xəbər verir ki, azərbaycanlı futbolçu Qazaxıstan çempionatının 15-ci turu çərçivəsində keçirilmiş “Okjetpes”lə matçda (2:0) “Tobol”un 3 ən yaxşı oyunçusundan biri olub. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Emil “Okjetpes”lə görüşün iştirakçısı olub. O, start heyətində meydana çıxıb və sonadək mübarizə aparıb.
“Tobol”un heyətində digər ən yaxşı oyunçular isə Caba Kankava və Fernander Kassay seçilib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin