Azərbaycan millisi Türkiyə yığmasına məğlub oldu
Futbol üzrə Azərbaycan milli komandası bu gün yoxlama oyunu keçirib.
Komanda.az xəbər verir ki, Canni De Byazinin rəhbərlik etdiyi kollektiv Türkiyə yığması ilə qarşılaşıb. Alanya şəhərində keçirilən qarşılaşma saat 21:00-da start götürüb.
Komandalar buna qədər 7 dəfə üz-üzə gəlmişdilər. Bu matçların 5-də Türkiyə, 1-də isə Azərbaycan yığması qələbə qazanmışdı. Bu oyunda isə hesabı Azərbaycan millisi açsa da, sonda Türkiyə millisi əzmkar qələbəyə sevinib.
Azərbaycan millisi bu matçdan sonra iyunun 2-də Minskdə Belarus, iyunun 6-da isə Kişineuda Moldova ilə yoxlama oyunları keçirəcək.
Yoxlama oyunu
27 may
Türkiyə – Azərbaycan 2:1
Qol: H.Dervişoğlu, 34. K.Ayhan, 45 – E.Mahmudov, 28.
Baş hakim: Genc Nuza (Kosovo)
Türkiyə: 12. Altay Bayındır, 2. Mərt Müldür, 3. Merih Demiral, 4. Çağlar Söyüncü, 7. Cengiz Ündər, 9. Halil İbrahim Dervişoğlu, 11. Halil Akbunar, 15. Taylan Antalyalı, 18. Rıdvan Yılmaz, 19. Orkun Kökçü, 22. Kaan Ayhan (k).
Ehtiyat oyunçular: 1. Mərt Günok, 23. Gökhan Akkan, 5. Okay Yokuşlu, 6. Ozan Tufan, 8. Kerem Aktürkoğlu, 10. Abdülkadir Ömür, 13. Umut Meraş, 14. Mahmut Tekdemir, 16. Enes Ünal, 17. Efecan Karaca.
Baş məşqçi: Şenol Günəş.
Azərbaycan: 1. Emil Balayev, 2. Qara Qarayev, 5. Maksim Medvedev (k), 7. Namiq Ələsgərov, 8. Emin Mahmudov, 11. Ramil Şeydayev, 13. Abbas Hüseynov, 15. Bədavi Hüseynov, 17. Elvin Cəfərquliyev, 18. Anton Krivotsyuk, 20. İsmayıl İbrahimli.
Ehtiyat oyunçular: 12. Aydın Bayramov, 23. Mehti Cənnətov, 3. Azər Salahlı, 4. Rahil Məmmədov, 6. Vüqar Mustafayev, 9. Əli Qurbani, 10. Murad Xaçayev, 14. Hoccət Haqqverdi, 16. Sərtan Taşkın, 19. Təmkin Xəlilzadə, 21. Toral Bayramov, 22. Rəhim Sadıxov.
Baş məşqçi: Canni De Byazi.
Bizi Facebook-da izləyin