Son oyunda “sülh”

Futbol üzrə Azərbaycan 1-ci divizionunda 3-cü tura yekun vurulub.

Komanda.az xəbər verir ki, ilk oyun günündə iki görüş baş tutub. “Kəpəz” doğma meydanda “Qarabağ”ın əvəzediciləri ilə qarşılaşıb. Altı qolun qeydə alındığı matç meydan sahiblərinin qələbəsiylə yekunlaşıb. Son çempion “Neftçi”nin ikinci komandası isə “Qaradağ Lökbatan”a böyük hesabla uduzub.

İkinci oyun günündə daha üç görüş baş tutub. “Turan Tovuz” doğma meydanda “Sabah”ın əvəzedici komandasına uduzubsa, “Zaqatala” da “Səbail”in əvəzediciləri ilə görüşdən məğlub ayrılıb. MOİK isə “Zirə”nin ikinci komandası üzərində darmadağına sevinib.

Bu gün daha bir qarşılaşma keçirilib. “Keşlə-2” Bakıda “Qəbələ-2” ilə qarşılaşıb. Oyun 1:1 hesablı heç-heçəylə bitib.

1-ci divizion, 3-cü tur

28 sentyabr

Kəpəz – Qarabağ-2 4:2
Qol: Vüsal Məsimov, 52. Tural Rzayev, 68-pen. Cavid İmamverdiyev, 90+3. Bəhruz Teymurov, 90+7 – Seyxan Fərəcov, 7. Sultan Mustafayev, 45+1.
Hakimlər: Rauf Cabarov, Namiq Hüseynov, Qəzənfər Məmmədov, Emin Əliyev
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Seymur Səlimli
Gəncə şəhər stadionu, 15:00

Neftçi-2 – Qaradağ Lökbatan 0:4
Qol: Ürfan İsmayılov, 30. Həbib İsmayılov, 37. Əlibala Ağayev, 52. Elnur Səmədov, 56.
Hakimlər: Rauf Allahverdiyev, Nahid Əliyev, Vüqar Bayramov, Elvin Bayramov
Hakim-inspektor: Vüsal Əliyev
AFFA nümayəndəsi: Aslan Şahgəldiyev
“Neftçi” klubunun bazası (4-cü meydança), 16:00

29 sentyabr

Turan Tovuz – Sabah-2 1:3
Qol: Sadiq Şəfiyev, 26 – Ceyhun Nuriyev, 70; 87. Fərid Kərimzadə, 77.
Hakimlər: Namiq Bəkirov, Ruslan Quliyev, Səbuhi Soltanov, Cavid Cəlilov
Hakim-inspektor: Zöhrab Qədiyev
AFFA nümayəndəsi: Mübariz Hüseynov
Tovuz şəhər stadionu, 15:00

Zirə-2 – MOİK 0:4
Qol: Emin Mehdiyev, 2-pen. Rafael Qavami, 37. Elşən Veysov, 45+1. Ruslan Voronsov, 81.
Hakimlər: Tural Qurbanov, Rəhman İmami, Vüsal Məmmədov, Vüqar Həsənli
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Bəhram Qurbanov
“ASK Arena”, 15:00

Səbail-2 – Zaqatala 2:0
Qol: Aydın Ağazadə, 12. Zeynəddin Əbdürahmanov, 47.
Hakimlər: Səbuhi Bayramov, Elmin Süleymanov, Tərlan Talıbzadə, Rəvan Həmzəzadə
Hakim-inspektor: Orxan Məmmədov
AFFA nümayəndəsi: Elgiz Abbasov
“ASCO Arena”, 16:00

4 oktyabr

Keşlə-2 – Qəbələ-2 1:1
Qol:
Anatole Abanq, 11 – Süleyman Damadayev, 46.
Hakimlər: Kamranbəy Rəhimov, Zöhrab Abbasov, Asiman Əzizli, Əli Əliyev
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Erkin Hüseynov
“ASK Arena”, 15:00

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button