Konfrans Liqası: 3-cü mərhələnin ilk oyunlarına yekun vuruldu

Futbol üzrə Avropa Konfrans Liqasında 3-cü mərhələnin ilk oyunlarına yekun vurulub.

Komanda.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutub.

İrlandiyanın “Bohemian” klubu doğma meydanda Yunanıstan PAOK-u üzərində qələbəyə sevinib. Şimali İrlandiya “Linfild”i isə evdə Lüksemburq “Fola”asına uduzub.

Mərhələnin qalan oyunları bu gün keçirilib. Azərbaycanın turnirdəki təmsilçisi “Qarabağ” da növbəti oyununa çıxıb. Ağdam təmsilçisi Kipr səfərində AEL-lə qarşılaşıb və meydanı 1:1 hesablı heç-heçə ilə tərk edib.

Şotlandiyanın “Aberdin” komandası səfərdə İslandiya “Breydablik”i ilə üz-üzə gəlib. Beş qolun qeydə alındığı matç qonaqların qələbəsiylə yekunlaşıb. Bu cütün qalibi pley-offda “Qarabağ” – AEL cütünün qazananı ilə qarşılaşacaq.

Türkiyənin “Trabzonspor” komandası Norveç “Molde”sini sınağa çəkib. Altı qolluq bu matçda qalib müəyyənləşməyib. Türkiyənin turnirdəki digər təmsilçisi “Sivasspor” isə Gürcüstanın “Dinamo” komandasının qonağı olub və çətin qələbəyə sevinib.

Avropa Konfrans Liqası, 3-cü mərhələ

3 avqust

Bohemian (İrlandiya) – PAOK (Yunanıstan) 2:1

Linfild (Şimali İrlandiya) – Fola (Lüksemburq) 1:2

5 avqust

Tobol (Qazaxıstan) – Jilina (Slovakiya) 0:1

Soçi (Rusiya) – Partizan (Serbiya) 1:1

KuPS (Finlandiya) – Astana (Qazaxıstan) 1:1

Lokomotiv (Bolqarıstan) – Kopenhagen (Danimarka) 1:1

Elfsborq (İsveç) – Velej (Bosniya və Herseqovina) 1:1

AEL (Kipr) – Qarabağ (Azərbaycan) 1:1

Vitess (Niderland) – Dandalk (İrlandiya) 2:2

Laçi (Albaniya) – Anderlext (Belçika) 0:3

Rusenborq (Norveç) – Domjale (Sloveniya) 6:1

Voyvodina (Serbiya) – LASK (Avstriya) 0:1

ÇSKA (Sofiya, Bolqarıstan) – Osiyek (Xorvatiya) 4:2

Dinamo (Batumi, Gürcüstan) – Sivasspor (Türkiyə) 1:2

Riqa (Latviya) – Hibernians (Malta) 0:1

Makkabi (Hayfa, İsrail) – HB Torshavn (Farer adaları) 7:2

Trabzonspor (Türkiyə) – Molde (Norveç) 3:3

Pasuş de Fereyra (Portuqaliya) – Larne (Şimali İrlandiya) 4:0

Kolos (Ukrayna) – Şaxtyor (Karaqandi, Qazaxıstan) 0:0

Şlensk (Polşa) – Hapoel (Beer-Şeva, İsrail) 2:1

Priştina (Kosovo) – Bodo Qlimt (Norveç) 2:1

Spartak (Trnava, Slovakiya) – Makkabi (Təl-Əviv, İsrail) 0:0

Gent (Belçika) – RFS (Latviya) 2:2

Lütsern (İsveçrə) – Feyenoord (Niderland) 0:3

TNS (Uels) – Viktoriya (Çexiya) 4:2

Hibernian (Şotlandiya) – Riyeka (Xorvatiya) 1:1

Çukariçki (Serbiya) – Hammarbü (İsveç) 3:1

Rakuv (Polşa) – Rubin (Rusiya) 0:0

Breydablik (İslandiya) – Aberdin (Şotlandiya) 2:3

Uypeşt (Macarıstan) – Bazel (İsveçrə) 1:2

Şemrok Rovers (İrlandiya) – Teuta (Albaniya) 1:0

Santa-Klara (Portuqaliya) – Olimpiya (Sloveniya) 2:0

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button