Argentina millisinin düşərgəsində Messi sevinci
Futbol üzrə Argentina milli komandasının futbolçusu Lionel Messi zədəsini sağaldıb.
Komanda.az xəbər verir ki, 34 yaşlı hücumçu yığmanın son məşqində iştirak edib. Bu barədə Argentina Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.
Messi, millinin DÇ-2022-nin seçmə mərhələsində noyabrın 13-də Uruqvaya, noyabrın 17-də isə Braziliyaya qarşı keçirəcəyi oyunlarda iştirak edə biləcək.
Messi bundan əvvəl zədə səbəbindən PSJ-nin son 2 matçını buraxmışdı.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin