Amerika kuboku: 41 nəfərdə koronavirus aşkarlanıb

Futbol üzrə Amerika kubokunda bu vaxta qədər koronavirusa yoluxan şəxslərin sayı açıqlanıb.

Komanda.az xəbər verir ki, Braziliyanın ev sahibliyi etdiyi turnirdə iştirak edən 41 nəfərdə koronavirus aşkarlanıb. Bu barədə “Antagonista” nəşri məlumat yayıb. Virusa yoluxanlardan 31-i futbolçu və nümayəndə heyətinin üzvləri, 10-u isə işçilərdir.

İyunun 14-də start götürən Amerika kubokuna iyulun 11-də yekun vurulacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button