“Borussiya”nın futbolçusu millidən kənarlaşdırıldı
Futbol üzrə Almaniya milli komandasının heyətində dəyişiklik edilib.
Komanda.az xəbər verir ki, əzələsində ağrılar hiss edən “Borussiya”nın oyunçusu (Münhenqladbax) Mattias Ginter yığmanın heyətindən çıxarılıb. Bu barədə milli komandanın mətbuat xidməti məlumat yayıb.
Onun əvəzinə “Hoffenhaym”dan Sebastian Rudi və “Frayburq”dan Robin Koç Almaniya millisinə çağırılıb.
Almaniya millisi əvvəlcə oktyabrın 9-da Argentina yığması ilə yoldaşlıq oyunu keçirəcək. Yoahim Lövün rəhbərlik etdiyi komanda oktyabrın 13-də isə AÇ-2020-nin seçmə mərhələsi çərçivəsində Estoniya ilə qarşılaşacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin