
Tokio-2020: Almaniya millisindən erkən vida
Futbol üzrə Almaniya milli komandası Tokioda keçirilən Yay Olimpiya Oyunlarında mübarizəni dayandırıb.
Komanda.az xəbər verir ki, D qrupunda Fil Dişi Sahili, Braziliya və Səudiyyə Ərəbistanı yığması ilə mübarizə aparan Almaniya millisi qrupdan çıxa bilməyib.
3-cü tur çərçivəsində Fil Dişi Sahili millisi ilə heç-heçə edən (1:1) almanlar qrupu 3-cü sırada bitirib və yarışla vidalaşıb.
Braziliya qrupu lider, Fil Dişi Sahili isə 2-ci sırada bitirib və pley-off mərhələsinə vəsiqə qazanıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin