Almaniya kuboku: Yarımfinalın cütləri bilindi

Futbol üzrə Almaniya kubokunda yarımfinal mərhələsinin cütləri məlum olub.

Komanda.az xəbər verir ki, turnirin son qalibi “Bavariya”, yarımfinal mərhələsində Frankfurt “Ayntraxt”ıyla qarşılaşacaq.

Regional Liqa təmsilçisi “Saarbrüken” isə bu mərhələdə Leverkuzen “Bayer”iylə üz-üzə gələcək.

Almaniya kubokunda yarımfinal mərhələsinin oyunları aprelin 21 və 22-də keçiriləcək.

Almaniya kuboku, yarımfinal mərhələsi

Saarbrüken – Bayer
Bavariya – Ayntraxt F

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button