Afrika Millətlər kuboku: “Qarabağ” və “Neftçi”nin futbolçularının rəqibləri bilindi
Futbol üzrə Afrika Millətlər kubokunda qrup mərhələsinin püşkü atılıb.
Komanda.az xəbər verir ki, “Qarabağ”ın futbolçusu Patrik Andradenin çıxış etdiyi Kabo-Verde millisi A qrupunda Kamerun, Burkino Faso və Efiopiya millisi ilə mübarizə aparacaq.
“Neftçi”nin futbolçusu Sabir Buqrinin dəvət aldığı Mərakeş yığması C qrupunda Qana, Komor adaları və Qabonla yarışacaq.
Afrika Millətlər kuboku bu il, iyunun 25-də başlamalı idi. Yarış 2022-ci ilin yanvar və fevral tarixlərində keçiriləcək.
Afrika Millətlər kuboku, qrup mərhələsi
A qrupu: Kamerun, Burkino Faso, Efiopiya, Kabo-Verde
B qrupu: Seneqal, Zimbabve, Qvineya, Malavi
C qrupu: Mərakeş, Qana, Komor adaları, Qabon
D qrupu: Nigeriya, Misir, Sudan, Qvineya-Bisau
E qrupu: Əlcəzair, Syerra-Leone, Ekvatorial Qvineya, Fil Dişi Sahili
F qrupu: Tunis, Mali, Mavritaniya, Qambiya.
Bizi Facebook-da izləyin