51-ci çempionluq

Futbol üzrə Uruqvay çempionatının qalibi məlum olub.

Komanda.az xəbər verir ki, “Penyarol” komandası son matçda “Plasa Koloniya”nı məğlub edib.

Əsas vaxtı 1:1 hesabıyla bitən görüşün qalibi penaltilər seriyasında məlum olub. “Penyarol” penaltilərdə daha dəqiq olub (8:7).

“Penyarol” klub tarixində 51-ci dəfə ölkə çempionu olub.