Türkiyə kubokunun final matçı ilə bağlı qərar dəyişdi
Futbol üzrə Türkiyə kubokunun “Antalyaspor”la “Beşiktaş” komandaları arasında keçiriləcək final matçına azarkeşlər buraxılmayacaq.
Komanda.az xəbər verir ki, bu barədə “Antalyaspor” klubunun mətbuat xidməti məlumat yayıb. Xəbərdə, həlledici oyunun azarkeşsiz keçiriləcəyi bildirilib.
Daha əvvəl Türkiyə Futbol Federasiyası kubokun final matçına azarkeşlərin buraxılacağını açıqlamışdı.
Mayın 18-də keçiriləcək “Beşiktaş” – “Antalyaspor” matçı saat 21:45-də start götürəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin