DÇ-2022: Lüksemburq millisinin Azərbaycanla oyun üçün heyəti SİYAHI
Futbol üzrə Lüksemburq milli komandasının DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində Azərbaycan və İrlandiyaya qarşı keçirəcəyi oyunlar üçün heyəti açıqlanıb.
Komanda.az xəbər verir ki, yığmanın baş məşqçisi Luk Holts 23 futbolçuya dəvət göndərib.
Qapıçılar: Tim Kips (“Ersgebirge”, Almaniya), Antoni Moris (“Yunion”, Belçika), Timoti Martin (“Virton”);
Müdafiəçilər: Dirk Karlson (“Ersgebirge”, Almaniya), Maksim Şano (“Nyu York Siti”, ABŞ), Lauren Yans (“Sparta”, Niderland), Vahid Selimoviç (“OFİ Krete”, Yunanıstan), Erik Veyqa (“Vilafranquens”, Portuqaliya), Kevin Malget (“Esperang”), Mika Pinto (“Sparta”, Niderland);
Yarımmüdafiəçilər: Leandro Barreyro (“Maynts”, Almaniya), Florian Bonert, Aldin Skenderoviç (hər ikisi “Proqres”), Kristofer Martins (“Yanq Boyz”, İsveçrə), Dioqo Pimentel (“Fola”), Daniel Sinani (“Haddersfild”, İngiltərə), Olivye Til (“Vorskla”, Ukrayna), Sebastyan Til (“Şerif”, Moldova), Matyas Olesen (“Köln”, Almaniya);
Hücumçular: İvandro Borqes (“Borussiya”, Münhenlqadbax, Almaniya), Mauris Devil (“Saarbrüken”, Almaniya), Mikael Omosanya (“Fola”), Jerson Rodriges (“Dinamo”, Kiyev, Ukrayna).
Lüksemburq millisi noyabrın 11-də Azərbaycanın qonağı olacaq, üç gün sonra isə İrlandiyanı qəbul edəcək.
Bizi Facebook-da izləyin