Milli komandada yeni baş məşqçi
Futbol üzrə Kolumbiya milli komandasının yeni baş məşqçisi məlum olub.
Komanda.az xəbər verir ki, yığmanın “sükan”ı Reynaldo Ruedaya tapşırılıb. Bu barədə milli komandanın mətbuat xidməti məlumat yayıb. Müqavilənin müddəti Amerika kuboku və DÇ-2022-nin seçmə mərhələsini əhatə edir.
Rueda son olaraq Çili yığmasında çalışıb. 63 yaşlı mütəxəssis 2002 və 2004-2006-cı illərdə də Kolumbiya yığmasında işləyib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin