
İtaliya millisi rekorda imza atdı
Futbol üzrə İtaliya milli komandası yeni rekorda imza atıb.
Komanda.az xəbər verir ki, DÇ-2022-nin seçmə mərhələsində İsveçrə yığması ilə bərabərə qalan (0:0) italyanlar ardıcıl 36 oyundur ki, məğlub olmur. Bu, dünya futbolunda milli komandalar arasında rekord göstəricidir.
İtaliya yığması DÇ-2022-nin seçmə mərhələsində C qrupunda 11 xalla liderdir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin