Koronavirusa yoluxan hücumçu Azərbaycanla oyunu buraxacaq

Futbol üzrə İrlandiya milli komandasının futbolçusu Şeyn Lonq koronavirusa yoluxub.

Komanda.az xəbər verir ki, 34 yaşlı hücumçunun koronavirus testi müsbət çıxıb. O, bu səbəbdən DÇ-2022-nin seçmə mərhələsinin Portuqaliya ilə matçını (1:2) buraxmalı olub.

Lonq seçmə mərhələnin Azərbaycanla oyununda da iştirak edə bilməyəcək.

Sentyabrın 4-də keçiriləcək İrlandiya – Azərbaycan matçı saat 20:00-da start götürəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button