Milli komandada baş məşqçi istefası
Futbol üzrə Gürcüstan milli komandasının baş məşqçisi Vladimir Vays istefa verib.
Komanda.az xəbər verir ki, bu barədə Vays, AÇ-2020-nin pley-off mərhələsi çərçivəsində Şimali Makedoniyaya məğlub olduqları oyundan sonra açıqlama verib. 56 yaşlı mütəxəssis UEFA Millətlər Liqasının növbəti iki oyunundan sonra vəzifəsindən ayrılacağını bildirib.
2016-cı ildən Gürcüstan millisini çalışdıran Vaysın müqaviləsi bu ilin sonuna kimi idi.
Gürcüstan yığması UEFA Millətlər Liqasında noyabrın 15-də Ermənistan, 18-də isə Estoniya ilə qarşılaşacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin