Azərbaycan çempionatı oyununda kütləvi dava

Futbol üzrə Gənclər Liqasının (16 yaşadək futbolçular arasında Azərbaycan çempionatı) “Keşlə” – İCBFA oyununda kütləvi dava baş verib.

Komanda.az xəbər verir ki, oyununun 60-cı dəqiqəsində “Keşlə” komandasının futbolçusu Rəvan Ələsgərovun rəqibə başla zərbə endirməsi futbolçular arasında kütləvi davaya səbəb olub. Ələsgərov kütləvi dava-dalaşa səbəb olmasına görə 8 oyun cəzalanıb.

“Keşlə” komandasının futbolçusu Ramal İsmayılzadə və İCBFA komandasının futbolçusu Tağı Nağıyev də kütləvi dava-dalaşda iştirak etdiyi üçün hər bir futbolçu 6 oyun cəzalanıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button