
DÇ-2022: Uruqvay uduzdu, Argentina millisi final mərhələsinə vəsiqə qazandı
Futbol üzrə DÇ-2022-nin Cənubi Amerika zonası üzrə seçmə mərhələsinin 14-cü turunun oyunları keçirilib.
Komanda.az xəbər verir ki, Uruqvay yığması səfərdə Boliviya ilə qarşılaşıb. Görüş Boliviyanın 3:0 hesablı qələbəsiylə başa çatıb.
Daha əvvəl mundialın final mərhələsinə vəsiqə qazanan Braziliya bu turda Argentina ilə qarşılaşıb. Oyun qolsuz bərabərliklə bitib. Bu nəticədən sonra Argentina millisi də DÇ-2022-nin pley-off mərhələsinə haqq qazanıb.
DÇ-2022, Cənubi Amerika zonası üzrə seçmə mərhələ, 14-cü tur
17 noyabr
Boliviya – Uruqvay 3:0
Qol: Xuan Karlos Arse, 30; 79. Marselo Moreno, 45.
Venesuela – Peru 1:2
Qol: Darvin Maçis, 52 – Canluka Lapadula,18. Kristian Kueva, 65.
Kolumbiya – Paraqvay 0:0
Braziliya – Argentina 0:0

Bombardir: Marselo Martins (Boliviya) – 9 qol.
Bizi Facebook-da izləyin