Azərbaycan yığmasından Qətərlə məhsuldar heç-heçə

Futbol üzrə Azərbaycan milli komandası bu gün yoxlama oyununa çıxıb.

Komanda.az xəbər verir ki, Canni De Byazinin rəhbərlik etdiyi kollektiv Qətər seçməsi ilə üz-üzə gəlib. Bakı Olimpiya stadionunda keçirilən oyunda qapılara 4 qol vurulub. Komandalar sonda meydanı heç-heçə ilə tərk ediblər.

Azərbaycan yığması DÇ-2022-nin seçmə mərhələsinin A qrupunu 1 xalla sonuncu sırada başa vurub.

Yoxlama oyunu

14 noyabr

Azərbaycan – Qətər 2:2
Qol: E.Mahmudov, 37-pen; 67 – A.Almoez, 23; 78.
Baş hakim: Donatas Rumşas

Azərbaycan: 1. Emil Balayev, 2. Qara Qarayev, 3. Azər Salahlı, 4. Bəhlul Mustafazadə, 5. Maksim Medvedev (k), 8. Emin Mahmudov, 10. Mahir Emreli, 11. Ramil Şeydayev, 18. Anton Krivotsyuk, 19. Filip Ozobiç, 21. Höccət Haqverdi.
Ehtiyat oyunçular: 12. Şahruddin Məhəmmədəliyev, 23. Mehdi Cənnətov, 6. Vüqar Mustafayev, 7. Namiq Ələsgərov, 9. Renat Dadaşov, 13. Amin Seydiyev, 14. Bəxtiyar Həsənalızadə, 15. Abbas Hüseynov, 16. Coşqun Diniyev, 17. Araz Abdullayev, 20. Mert Çelik, 22. Rüstəm Əhmədzadə.
Baş məşqçi: Canni De Byazi.

Qətər: 22. Meşaal Barşam, 3. Abdelkarim Hassan, 4. Məhəmməd Əl Bayati, 5. Tarek Salman, 6. Abdulaziz Hatim (k), 7. Ahmed Alaaeldin, 12. Kərim Budiaf, 13. Mosaab Xıdır, 16. Bualem Xouxi, 19. Ali Almoez, 23. Assim Madibo.
Ehtiyat oyunçular: 1. Saad Al Şeeb, 21. Yousef Hassan Məhəmməd Ali, 2. Xalid Muneer, 8. Ali Assadalla, 9. Məhəmməd Muntari, 10. Yusuf Abdurisaq, 11. Akram Afif, 14. Homam Elamin, 15. Yassem Abdulsallam, 17. İsmail Məhəmməd, 18. Sultan Hussain Al Braik, 20. Naif Al Hadhrami.
Baş məşqçi: Feliks Sançes.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button