“Futbol üçün darıxmışdım” – “Sabah”ın futbolçusu
“Sabah” Premyer Liqanın 15-ci turunda doğma meydanda “Səbail”i 1:0 hesabı ilə məğlub edib.
Komanda.az xəbər verir ki, Masazır təmsilçisinin futbolçusu Ayaz Quliyev matçdan sonra klubun mətbuat xidmətinə açıqlama verib. Zədədən qayıdan 27 yaşlı yarımmüdafiəçi sevincli olduğunu bildirib:
“Futbol üçün darıxmışdım. Nəhayət ki, meydançaya qayıtdım. İlin sonunda olsa da, buna nail oldum. Çox sevinirəm. Xüsusən, uzunmüddətli çətin dövrdən sonra qələbə qazandığımıza görə. Hər şey yaxşıdır”.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin