Futbol tarixinin ilk peşəkar futbolçusu FOTOLAR
Dünyada kontingent tanımayan, əksəriyyətin sevərək izlədiyi futbol İngiltərədə yaranıb. Amma futbol tarixinin ilk peşəkar futbolçusu ingilis deyil, şotlanddır.
![](https://komanda.az/wp-content/uploads/2021/10/suter-2.jpg)
Ferqus Suter – məhz o, futbol tarixinin ilk peşəkar futbolçusu kimi tanınır. Suter 1857-ci ildə, Şotlandiyanın Qlazqo şəhərində dünyaya göz açmışdı. O, bir müddət Şotlandiyada “Partrik” komandasında oynadıqdan sonra legioner karyerası yaşayıb. Belə ki, Suter futbolun vətəninə – İngiltərəyə üz tutur. O, İngiltərədə “Darven” və “Blekbern” klublarında forma geyinir.
![](https://komanda.az/wp-content/uploads/2021/10/suter.jpeg)
Suter Şotlandiyada olarkən futbol oynamaqla yanaşı, daş karxanasında da işləyib. İngiltərəyə getdikdən sonra isə o, başqa işləri buraxıb, futbol oynadığı üçün pul almağa başlayıb. Futbolun həvəskar şəkildə oynanıldığı o dövrdə bir adamın futbol oynamağa görə pul alması xeyli müzakirələrə səbəb olmuşdu. 1880-ci ildə “Blekbern”ə keçən Suter, yeni komandasında daha çox pul qazanmağa başlayır. Onun “Blekbern”i seçməsinin əsas səbəbi də elə daha yaxşı maliyyə şərtləri olub.
![](https://komanda.az/wp-content/uploads/2021/10/suter-3-615x700.jpg)
Suter futbolçu karyerasını 1888-ci ildə başa vurub. Hansı ki, həmin dövrdə İngiltərə Futbol Liqası yaranırdı.
Şotland futbolçu 1916-cı ildə vəfat edib.
Komanda.az
Bizi Facebook-da izləyin