“Futbol tarixinin ən yaxşı klubunun oyunçusu olduğum üçün fəxr edirəm” – Mbappe

“Real”ın hücumçusu Kilian Mbappe Madrid klubuna transferi ilə bağlı duyğularını bölüşüb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, bunu deyib:

“Xəyalımı yerinə yetirdiyim və futbol tarixinin ən yaxşı klubunun oyunçusu olduğum üçün fəxr edirəm. Daha çox danışmaq istəmirəm, əks halda, ağlayacam”.

Mbappenin “Real”a transferi ilə bağlı “Santyaqo Bernabeu” stadionunda təntənəli təqdimat mərasimi keçirilib. Forvard iyunun 3-də rəsmən Madrid klubunun futbolçusu olub. Bundan sonra mətbuatda Mbappenin maaşının ildə 30 milyon avro və vurulan qollara görə bonus olacağı barədə məlumatlar yayılıb. Onun müqaviləsinə 1 milyard avroluq təzminat da daxildir.

PSJ-nin 25 yaşlı sabiq hücumçusu ötən mövsüm bütün yarışlarda 48 oyun keçirib, 44 qol vurub və 10 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button