“Futbol+” qəzetinin baş redaktoru: “Bu, mənə çox təsir etdi”

KİVDF-nin bir neçə qəzetlə əməkdaşlığı dayandırdığını, bu qəzetlərin arasında “Futbol+”in də olduğunu xəbər vermişdik. Bu gün “Futbol+” kollektivi KİVDF-nin qərarına etiraz olaraq növbəti dəfə aksiya keçiriblər.

Jurnalistlər Prezident Aparatının (PA) qarşısına doğru hərəkət ediblər. Aksiyanı işıqlandıran iki jurnalist polislər tərəfindən saxlanılaraq bölməyə aparılıb. Qəzetin baş redaktoru Mahir Rüstəmli ilə redaktor Kənan Həsənova isə Prezident Aparatına getməyə icazə verilib.

Mahir Rüstəmli Prezident Aparatından çıxdıqdan sonra açıqlama verib:

“Hiss etdik ki, bu aksiya digərindən daha ciddi reaksiya doğurdu. Keçən dəfə bizi dostca qarşılamışdılar, bu dəfə isə elə olmadı. Bizə Tahir Süleymanovla (PA səlahiyyətlisi) əlaqə saxlamağı dedilər. Onunla danışıqda isə bizə bu məsələnin onun səlahiyyəti altında olmadığını, Vüqar Əliyevlə əlaqə saxlamağın vacib olduğunu dedi. Təəssüf ki, artıq nahar fasiləsinə düşdüyü üçün Vüqar Əliyevlə danışa bilmədik. Günortadan sonra Vüqar Əliyevlə əlaqə saxlayacağıq və ümid edirəm ki, müraciətimizə cavab alacağıq.

Eyni zamanda, aksiyanı işıqlandırmağa gələn həmkarlarımızın – “Azadlıq” və “Arqument.az” saytının müxbirlərinin bu cür sərt münasibətlə üzləşməsi məni təəssüfləndirir. Bu, mənə çox təsir etdi. Jurnalistə belə münasibət bəsləməzlər”.

Aygül Qarayeva

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button