“Azarkeşlər sağacağımız inək deyil” – “Bayern” rəsmisi

“Bayern”in fəxri prezidenti Uli Höness maraqlı açıqlama verib.

Komanda.az xəbər verir ki, Höness bilet qiymətlərinin artırılmasının doğru olmadığını bildirib:

“Bilet qiymətlərini 120 avrodan yüksək edə bilərik. Tutaq ki, 300 avroya qaldırdıq. 2 milyon avro daha çox gəlir əldə edəcəyik. Amma bizim üçün 2 milyon avro nədir ki? Bir transferə görə bu məbləğ haqda 5 dəqiqə müzakirə apararsız. Ancaq 120 avro ilə 300 avro arasındakı fərq azarkeşlər üçün çox böyükdür. Azarkeşlər sağacağımız inək deyil. Futbol hər kəs üçündür”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button