Futbol federasiyası dövlət hesabına maliyyələşmədən imtina etdi
Qazaxıstan Futbol Federasiyası dövlət və onun müvafiq strukturları hesabına maliyyələşmədən imtina edib.
Komanda.az xəbər verir ki, bu barədə federasiyanın baş katibi Azamat Aytxojin qurumun rəsmi saytına açıqlamasında məlumat verib.
Onun sözlərinə görə, bu qərar DÇ-2022-nin seçmə mərhələsində Fransa yığmasına 0:8 hesabı ilə uduzduqları oyundan sonra qəbul olunub. Federasiya UEFA-nın vəsaiti hesabına maliyyələşəcək. Həmçinin buraya sponsor gəlirləri cəlb olunacaq.
DÇ-nin seçmə mərhələsində 3 xal toplayan Qazaxıstan millisi D qrupunu sonuncu pillədə başa vurub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin