
“VAR-ı sevmirəm” – Salah
“Liverpul”un hücumçusu Məhəmməd Salah videotəkrar sistemi (VAR) ilə bağlı fikirlərini bölüşüb.
Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, misirli futbolçu, VAR sistemini sevmədiyini deyib:
“VAR-ı sevmirəm. Əvvəldən fikrim belə olub. Futbolu hakim səhvləriylə, futbolçu səhvləriylə, yəni olduğu kimi sevirəm. Futbol belə səhvlərlə daha həyəcanlı olur. Bundan başqa, VAR-ın həddindən artıq cəzalandırıcı olduğunu düşünürəm. Zamanla bunu görəcəksiz”.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin