“Mançester Yunayted”in futbolçusu üçün ikinci təklif
“Fulhem” yarımmüdafiəçi Andreas Pereyra üçün “Mançester Yunayted”ə ikinci dəfə təklif göndərib.
Komanda.az “Daily Mail”-ə istinadən xəbər verir ki, ”Fulhem” əvvəllər 26 yaşlı braziliyalını 8,5 milyona transfer etmək istəyirdi.
Pereyranın MY ilə müqaviləsi 2023-cü ilin iyununda başa çatır. O, ötən mövsüm “Flamenqo”da icarə əsasında çıxış edib. Yarımmüdafiəçi 24 matçda 1 qol vurub, 2 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin