“Fulhem”dən “Çelsi”yə təklif

“Fulhem” hücumçu Kallum Hadson-Odoi üçün “Çelsi”yə təklif göndərib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Premyer Liqa təmsilçisi 22 yaşlı ingiltərəli futbolçu üçün təxminən 4 milyon funt-sterlinq ödəməyə hazırdır. “Zadəganlar” isə 8 milyon funt-sterlinq tələb edir. “Fulhem” müqavilənin yaxın günlərdə imzalanacağına əmindir.

Hadson-Odoi ötən mövsüm “Bayer” (Leverkuzen) klubunda icarə əsasında çıxış edib. O, 21 matçda bir qol vurub, bir məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button