Villian vaxt istəyir

“Fulhem” yarımmüdafiəçi Villianla müqavilənin müddətini uzatmağa çalışır.

Komanda.az “Globo Esporte”-yə istinadən xəbər verir ki, İngiltərə klubu futbolçunu heyətdə saxlamaqda israrlıdır. Hətta onlar 34 yaşlı oyunçuya yeni təklif də irəli sürüblər.

Villianın klubla sözləşməsi iyunun 30-da başa çatıb. O, karyerası ilə bağlı qərar vermək üçün “Fulhem” rəhbərliyindən vaxt istəyib. Braziliyalı futbolçu İngiltərənin başqa klublarının da marağındadır.

Villian 2022/23 mövsümündə bütün turnirlər daxil olmaqla 30 oyuna çıxıb, 5 qol vurub və 6 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button