
Sterlinq klubunu dəyişə bilər – “Pəncərə” bağlanana kimi
“Çelsi”nin hücumçusu Rahim Sterlinq yay transfer pəncərəsinin son saatlarında klubunu dəyişə bilər.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “Fulhem” ingiltərəli futbolçu ilə bağlı danışıqları bərpa edib. Sterlinq “Fulhem” üçün hücumu gücləndirmək variantlarından biridir.
“Fulhem”, eyni zamanda, “Şaxtyor”un futbolçusu Kevinlə və “Milan”ın oyunçusu Samu Çukvueze ilə bağlı da danışıqlar aparır.
30 yaşlı forvard 2024/25 mövsümündə icarə əsasında “Arsenal”da çıxış edib, sonra “Çelsi”yə qayıdıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



