“Fulhem” baş məşqçisiz qaldı – koronavirusa görə
İngiltərənin “Fulhem” klubunun baş məşqçisi Skott Parker Premyer Liqanın növbəti turunda komandasına rəhbərlik edə bilməyəcək.
Komanda.az xəbər verir ki, buna səbəb onun ailə üzvlərindən birinin koronavirusa yoluxmasıdır. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Bu səbəblə özünü karantinə alan mütəxəssis, “Sauthempton”la keçiriləcək oyunda texniki zonada yer almayacaq.
“Fulhem” – “Sauthempton” oyunu sabah keçiriləcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin