“Fulbolçuların hazırlığında məşq mahiyyətinin fəlsəfəsi” kitabının təqdimatı oldu

Futbol mütəxəssisi Məqsəd Yaqubəliyevin “Fulbolçuların hazırlığında məşq mahiyyətinin fəlsəfəsi” kitabının təqdimat mərasimi keçirilib.

Komanda.az xəbər verir ki, keçmiş “Bakı” klubunun akademiyasının məşqçisi kitabda yer alan məqamlar barədə məlumat verib:

“Hamını salamlayıram. Futbolun inkişafı ilə bağlı sizlərlə görüş mənim üçün xoşdur. Nitqimə Vaqif Sadıqovun fikri ilə başlamaq istəyirəm: “Futbol mütəxəssisin işə elmi cəhətdən yanaşması təqdirəlayiqdir”. Yeni çapdan çıxan kitab gənc mütəxəssislər üçün maraqlı ola bilər.

Futbola çox gec gəlmişəm, təxminən 23 yaşımda. Qısa müddətdə milli komandada çıxış etmişəm. Legioner həyatı yaşaya bilməmişəm. Vəziyyətlə əlaqədar bu, mənə qismət olmadı. Qazax rayonunun “Göyəzən” klubu ilə futbola ilk addımımı atdım. Bu gün sevinirəm və şərəf duyuram: yaxşı ki, futbolda olmuşam. Təsisçisi olduğum komandanın ömrü çox çəkmədi. Daim yeniliklər axtarışında olmuşam. Xarici mütəxəssislərin əlində proqram var idi. Həmin proqram digər şəxslərə verilmirdi. Daha sonra fərqli layihələrə imza atdıq. Hər biri kitabda yer alır. Eyni zamanda, futbolumuzun keçmişi ilə də məlumatlar yer alır. Bəzi qrafikləri, bəlkə də, siz görməmisiniz. Mübarizənin necə aparılmasına dair məlumatlar da kitabda yer alıb. Futbolçunun hazırlanması üçün sxematik olaraq əvvəldən sona qədər hər şey yeni çapdan çıxan kitabda var. Bunu öz təcrübəmə əsaslanaraq yazmışam”.

Yaqubəliyev, “Kitabın çap olunmasında maliyyə dəstəyi göstərən qurum varmı” sualını belə cavablandırıb:

“Sponsor “Xəzər Universiteti”dir. Ulu Öndər Heydər Əliyevin 100 illiyi ilə əlaqədar kitab az buraxılıb. Kitaba maraq çox olsa, tiraj artırılacaq. Kitabın satılacağını deməzdim. İstərdim ki, mütəxəssislərimiz kitabdan faydalansın. Çapdan çıxan kitabda yer alan məlumatlara məşqçilərin ehtiyacı var”.

Rövşən Əlisoy

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button