Frimponqun “Liverpul”a keçidinin detalları bəlli olub

Leverkuzen “Bayer”inin müdafiəçisi Ceremi Frimponq demək olar ki, “Liverpul”un futbolçusu olub.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, niderlandı futbolçu yaxın saatlarda tibbi müayinənin son mərhələsindən keçəcək və klubla rəsmi müqavilə imzalayacaq.

Transferin məbləği təxminən 35 milyon avro təşkil edir. Bu, Frimponqun müqaviləsində yer alan sərbəst qalma məbləğidir və “Liverpul” bu maddəni aktivləşdirib.

Frimponq “Liverpul”un əsas sağ cinah müdafiəçisi Trent Aleksander-Arnoldun potensial əvəzləyicisi kimi nəzərdə tutulur. Arnoldun mövsümün sonunda “Real”a keçəcəyi gözlənilir.

Artıq 2024/25 mövsümünün Premyer Liqa çempionu olan “Liverpul” növbəti oyununu bu gün “Brayton”a qarşı keçirəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button