Frimponq “Barselona” ilə bağlı söz-söhbətə aydınlıq gətirdi

Niderland millisinin və “Bayer”in yarımmüdafiəçisi Ceremi Frimponq “Barselona”ya potensial transferi ilə bağlı fikirlərini bölüşüb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, niderlandlı futbolçu bunların sadəcə şayiə olduğunu bidirib:

“Barselona”? Bunlar sadəcə şayiələrdir, mən belə şeylərə fikir vermirəm. Şayiələr söz-söhbətdir, çoxu nəsə deyir”.

23 yaşlı futbolçu ötən mövsüm Bundesliqada 31 oyuna çıxıb, 9 qol vurub və 7 məhsuldar ötürmə edib. Frimponq “Bayer”lə birlikdə Almaniya çempionu və ölkə kubokunun qalibi olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button