Frimponq İngiltərə klubu ilə anlaşıb

Leverkuzen “Bayer”inin müdafiəçisi Ceremi Frimponq karyerasını İngiltərə Premyer Liqasının top-klubunda davam etdirəcək.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, niderlandlı futbolçu “Liverpul”la əməkdaşlıq müqaviləsini razılaşdırıb.

Sözləşmənin müddəti 2030-cu ilin yayına qədər nəzərdə tutulub. Transferin dəyəri isə 40 milyon avro təşkil edəcək.

24 yaşlı futbolçu 2021-ci ildən “Bayer”də çıxış edir. O, cari mövsümdə 48 oyunda meydana çıxıb, 5 qol vurub və 12 məhsuldar ötürmə ilə yadda qalıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button