Frimponq “Liverpul”da tibbi müayinədən keçib

Leverkuzen “Bayer”inin müdafiəçisi Ceremi Frimponq “Liverpul”a transfer olunmağa yaxındır.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, niderlandlı futbolçu Mersisayd klubunda tibbi müayinədən uğurla keçib. Transferin məbləği 35 milyon avro olacaq.

Frimponqun “Real”ın Trent Aleksander-Arnoldu transfer etməsi ilə boşalacaq mövqeyə əsas namizəd olduğu bildirilir.

24 yaşlı oyunçu 2024/25 mövsümündə Bundesliqada 33 oyunda iştirak edib, 5 qol vurub və eyni sayda məhsuldar ötürmə ilə yadda qalıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button