“Liverpul” yeni transferini elan edəcək – 24 saat ərzində

Leverkuzen “Bayer”inin müdafiəçisi Ceremi Frimponq yaxın vaxtlarda “Liverpul”un futbolçusu olacaq.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, niderlandlı futbolçu artıq tibbi müayinədən keçib və qarşıdakı 24 saat ərzində “Liverpul”la müqavilə imzalayacaq. Sözləşmənin imzalanmasından sonra keçid rəsmi şəkildə elan ediləcək.

24 yaşlı oyunçu bu mövsüm bütün turnirlərdə 48 oyuna çıxıb, 5 qol vurub və 12 məhsuldar ötürmə verib.

Bu keçid “Liverpul”un yay transfer pəncərəsindəki ilk böyük addımlarından biri olacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button