De Yonqun agenti İspaniyaya gedib

“Barselona”nın yarımmüdafiəçisi Frenki de Yonqun agenti Ali Dursun İspaniyaya gedib. O, niderlandlı futbolçunun gələcəyini Kataloniya klubunun rəhbərliyi ilə müzakirə edəcək.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “Barselona” 25 yaşlı futbolçu ilə əməkdaşlığı davam etdirmək istəyir, lakin bunun üçün onun maaşının azaldılmasına razılıq verməsi lazımdır. Yarımmüdafiəçi güzəştə getməkdən imtina edərsə, klub onu getməyə razı salacaq.

De Yonq özü də “Barsan”ı tərk etmək istəmir, amma maaşların azaldılması variantı ona uyğun gəlmir.

Niderlandlı futbolçu bu mövsüm kataloniyalıların heyətində iki oyunda iştirak edib. Onun klubla müqaviləsi 30 iyun 2026-cı ilə qədərdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button