Frenki de Yonq üçün İngiltərədən daha bir “elçi”

“Barselona”nın yarımmüdafiəçisi Frenki de Yonq “Liverpul”un hədəfindədir.

Komanda.az xəbər verir ki, bu barədə “Daily Mail” məlumat yayıb.

Daha əvvəl 25 yaşlı de Yonq demişdi ki, “Barselona”da keçirdiyi üç ildə hər il maaşı azaldılır, lakin gələcəkdə bu pullar ona bonus kimi qayıtmalıdır.

Yay transfer pəncərəsində “Mançester Yunayted” niderlandlı yarımmüdafiəçi ilə yaxından maraqlanırdı.

De Yonq bu mövsüm “Barselona”nın heyətində bütün turnirlərdə 11 oyuna çıxıb və 1 qol vurub.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button