Frenki de Yonq narazıdır
“Barselona”nın yarımmüdafiəçisi Frenki de Yonq Avropa Liqasının 1/4 final mərhələsində Frankfurt “Ayntraxt”ı ilə oyun (1:1) haqda danışıb.
Komanda.az xəbər verir ki, niderlandlı futbolçu, “BarcaTimes”-a açıqlamasında nəticədən razı qalmadıqlarını deyib:
“Nəticədən razı ala bilmirik. Nəticə qeyri-qənaətbəxşdir, heç-heçədən narazıyıq. “Ayntraxt”la matçda topa sahib olmaqda çox pis idik.
Osman Dembele “Barselona”da qalacaqmı? Bilmirəm, ondan soruşun. Həm Dembele, həm də mən komandaya kömək etmək üçün əlimizdən gələni etməyə çalışırıq. Dembele xüsusi oyunçudur, yoxdan qol şansları yaradır. O, hər iki ayağı ilə zərbə vura bilir, həmçinin sürət və düşüncə baxımından da üstündür”.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin