Frenki de Yonq nə istəyir?
Niderlandlı yarımmüdafiəçi Frenki de Yonq “Barselona”dan ayrılaraq karyerasını “Mançester Yunayted”də davam etdirməyə hazırdır.
Komanda.az “Sky Sports”-a istinadən xəbər verir ki, de Yonq İngiltərə klubuna keçidə açıqdır. O, “Ayaks”da birlikdə çalışdığı “Mançester Yunayted”in baş məşqçisi Erik ten Haqla işləmək istəyir.
Daha əvvəl futbolçunun “Barselona”da qalmaq istədiyi, lakin kataloniyalıların onu satmaqda qərarlı olduğu bildirilirdi.
De Yonq ötən mövsüm “Barselona”nın heyətində 46 oyuna çıxıb, 4 qol vurub və 5 məhsuldar ötürmə verib. Onun kataloniyalılarla hazırkı müqaviləsi 30 iyun 2026-cı ilə qədərdir.
Bizi Telegramda izləyin
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin