Frenki de Yonq 6 illik müqavilə istəyir
“Barselona”nın yarımmüdafiəçisi Frenki de Yonq klubdakı gələcəyindən danışıb.
Komanda.az “sport.es” saytına istinadən xəbər verir ki, niderlandlı futbolçu Barselonada yaşamağın gözəl olduğunu deyib:
“Barselonada həyat gözəldir. Düşünmürəm ki, dünyada yaşamaq üçün burdan daha yaxşı yerlər var”.
De Yonq “Müqaviləni 6 il uzatmaq istərdizmi” sualına “Yəqin ki, bəli” cavabını verib.
24 yaşlı futbolçunun “Barselona” ilə hazırkı müqaviləsi 2026-cı ilin yayınadək qüvvədədir.
De Yonq cari mövsümdə Kataloniya klubunun heyətində bütün turnirlərdə 35 oyuna çıxıb, 4 qol vurub və 4 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin