“Frenki de Jonqu satmaq fikrində deyilik”
“Barselona” klubunun prezidentinin müşaviri Jordi Kroyff yarımmüdafiəçi Frenki de Yonqun Kataloniya komandasındakı perspektivlərini dəyərləndirib.
Komanda.az “sport.es”-ə istinadən xəbər verir ki, Kroyff, niderlandlı futbolçunu satmaq fikrində olmadıqlarını bildirib:
“Biz Frenki de Jonqu satmaq fikrində deyilik. “Barselona” klubu onu çox yüksək qiymətləndirir”.
Daha əvvəl 24 yaşlı futbolçunun xidmətində “Mançester Yunayted”in maraqlı olduğu bildirilib.
De Yonq 2019-cu ildə “Ayaks”dan “Barselona”ya keçib.
Niderlandlı yarımmüdafiəçi bu mövsüm La Liqada 27 oyuna çıxıb, 3 qol vurub və 3 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin